29.04.2019

Şəhər 10 nömrəli və Malbinəsi kənd tam orta məktəblərdə Mülkü Müdafiə ilə baglı tədbirlər keçirilib

           24 aprel 2019-cu il tarixdə şəhər 10 nömrəli və Malbinəsi kənd tam orta məktəblərdə " Yangın zamanı uşaqların təhlükəsizliyi  necə müdafiə olunmalıdır " adlı tədbirlər keçirilib.

Şəhər 10 nömrəli və Malbinəsi kənd tam orta məktəblərdə keçirilən tədbirlərdə Aran Regional Mərkəzinin Mülkü Müdafiə İdarəsinin zabitləri, məktəblərin Fiziki tərbiyə müəllimləri  və GÇQH rəhbərləri iştirak edirdi. Məktəblərin 2,5,6-cı sinif şagirdləri arasında təbligat məqsədilə təşkil edilən tədbirlərdə  Mülkü Müdafiə İdarəsinin zabitləri çıxış edərək yangın zamanı ilkin tibbi yardımın  və  sinif otaqlarında  qalan şagirdlərin yangından necə müdafiə olunmaları haqınnda ətraflı məlumat veriblər. Sonra  yangının necə söndürülməsini, ilkin tibbi yardımın necə göstərilməsini, yangın zamanı sinif otaqlarında qalan şagirdlərin necə təxliyə olunmalarını şagirdlər əyani şəkildə göstəriblər. 

 


Açar sözlər: ,