02 may 2019-cu il tarixdə Yevlax Şəhər Təhsil Şöbəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Heydər Əliyevin təhsil siyasəti və Azərbaycan təhsilinin uğurları” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransı giriş sözü ilə Şəhər Təhsil Şöbəsinin müdiri Zərifə Məmmədova açaraq Ulu Öndərin təhsil siyasəti və müasir təhsilimizdə bu siyasətin nəticələrindən danışdı. Dövlət himni səsləndirildikdən sonra “Heydər Əliyev - ən səmimi Prezident” adlı qısa metrajlı film nümayiş etdirildi. Mövzu üzrə şəhər 4 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi “Əməkdar müəllim” Aybəniz Musayeva məruzə etdi. Məruzə ətrafında proqram üzrə Salamabad kənd tam orta məktəbinin direktoru İsrail Bəkirov, Şəhər 1 nömrəli tam orta məktəbin müəllimi Bəsti Səlimova, Xaldan kənd tam orta məktəbin GÇH üzrə rəhbəri Mürsəl Göyüşov çıxış etdilər. Tədbirdə 100 nəfərdən artıq təhsil işçisi və yerli mətbu orqan olan “Kür” qəzetinin əməkdaşları Ramiz Həmidov və Natiq Cəfərov iştirak ediblər.