07 may 2019-cu il tarixdə şəhər 1, 2, 6 nömrəli və Salahlı, Rüstəmli, və Aşagı Qarxun kənd tam orta məktəblərində Heydər Əliyevin 96-cı il dönümü münasibətiylə tədbirlər keçirilib.
Tədbirlərdə məktəbin müəllim və şagird kollektivləri, valideyinlər və digər qonaqlar iştirak ediblər. Dövlət himninin səsləndirilməsi ilə başlanılan tədbirlərdə çıxış edən məktəb rəhbərləri və müəllimlər Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətinin qurulmasında müstəsna tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından, elmə, təhsilə daim böyük önəm verdiyindən, Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyindən danışıblar . Sonda şagirdlər Ümummilli lider Heydər Əliyevə aid şeirlər söyləyib, mahnılar oxuyublar.