08 may 2019-cu il tarixdə şəhər 10 nömrəli və Aşagı Qarxun kən tam orta məktəblərində Şuşa şəhərinin işgalının 27-ci ldönümü ilə baglı dəyirmi masa keçirilib.
Dəyirmi masada məktəblərin rəhbər işçiləri, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.Tədbirdə çıxış edən müəllimlər Azərbaycanın qədim, zəngin tarixə və mədəniyyətə malik şəhəri olan Şuşanın 1992-ci il mayın 8-də Ermənistan Silahlı Qüvvələri tərəfindən ələ keçirilməsi, işğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilməsi barədə ətraflı məlumat veriblər.