15 may 2019-cu il tarixdə Yevlax Şəhər Təhsil Şöbəsi şəhər 7 nömrəli tam orta məktəbdə “Ümumtəhsil məktəblərində sağlam, mənəvi-psixoloji mühitin formalaşdırılması” mövzusunda “Dəyirmi masa” keçirib.
Dəyirmi masada ŞTŞ Metodkabinetin direktoru Xaləddin Niftəliyev, metodist Mirtaleh İsmayılzadə, 7nömrəli tam orta məktəbin direktoru Ülviyyə Agayeva, məktəblərdən dəvət olunmuş psixoloqları və müəllimlər iştirak edirdi. Masanı giriş sözü ilə açan ŞTŞ Metodkabinetinin direktoru X. Niftəliyev son günlər Respublikamızın ümumtəhsil məktəblərində baş verən bədbəxt hadisələr, onların nəticələri barədə qısa məlumat verərək bu gün məktəblərdə sağlam mənəvi-psixoloji mühitin formalaşması üçün məktəb rəhbərlərinin və praktik psixoloqlarının, tərbiyə işləri üzrə direktor müavinlərinin (təşkilatçıların) qarşısında duran vəzifələri, onların əmək funksiyaları ilə əlaqəli şəkildə geniş şərh etdi.
Şəhər 5 nömrəli tam orta məktəbin psixoloqu Aybəniz Abdullayeva, ŞTŞ-nin metodisti M. İsmayılzadə və şəhər 7 nömrəli tam orta məktəbin direktoru Ü. Ağayeva çıxışlarında bu günün məktəb rəhbərləri və psixoloqunun sinif rəhbərləri və valideynlərlə əlaqəli şəkildə məktəblərdə risk qrupuna daxil olan, təlimdə çətinliyi olan şagirdlərin qeydiyyatının aparılması, onlarla işin təşkili metodikası barədə fikirlər səsləndirdilər.
Sonda Metodiki kabinetin müdiri X.Niftəliyev iştirakçıların suallarını cavablandırdı.