20.05.2019

Şəhər 7 nömrəli tam orta məktəbdə " Gənclər narkomaniyaya yox deyir " mövzusunda tədbir keçirilib

         17 aprel 2019-cu il tarixdə şəhər 7 nömrəli tam orta məktəbdə  "Gənclər narkomaniyaya yox deyir " , "Erkən nigah və onun fəsadları ", "Dini radikalizmə qarşı birgə mübarizə " mövzularında maarifləndirci tədbir  keçirilib.

         Yevlax rayon Polis şöbəsinin təşkilatçılıgı ilə keçiriliən tədbirdə  rayon Polis şöbəsinin rəisi, polis palkovniki Elnur Mehdiyev, məktəbin direktoru Ülviyyə Agayeva, məktəbin müəllimləri , yuxarı sinif şagirdləri və digər qonaqlar iştirak edirdi.Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Ü.Agayeva bəşəriyyətin bəlasına çevirlən narkomaniya və cəmiyyətimizin ən aktual problemləri mövzularında keçirilən bu tədbiri təşkil etdiklərinə görə rayon Polis şöbəsinə rəhbərliyinə minnətdarlığını bildirib.Çıxış edən Polis rəisi E.Mehdiyev narkotik vasitələrin  yaratdığı fəsadlardan, "ag ölüm"ün ailə və cəmiyyət üçün yaratdıgı ciddi problemlərdən,  dini radikalizmin formalaşmasından və insanlar arasında yaratdıgı mənfi təsir barədə iştirakçılara ətraflı məlumat verib. Sonda şagirdləri maraqlandıran suallara cavab verilib.

 


Açar sözlər: ,