15 may 2019-cu il tarixdə şəhər 5 və 10 nömrəli tam orta məktəblərdə Həmid Araslının anadan olmasının 110 illiyi münasibıtiylə "Dəyirmi masa" keçirilib.
Dəyirmi masalarda məkətb direktorları, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər. İlk öncə çıxış edən məktəb rəhbərləri bu tədbirlərin keçirilməsi akademik Həmid Araslının 110 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 12 fevral 2019-cu il tarixli Sərəncamından irəli gələn məsələ oldugunu bildirdilər. Tədbirdə çıxış edən müəllimlər Azərbaycanın ədəbiyyatşünas alimi, akademik, professor, əməkdar elm xadimi Həmid Araslının keçdiyi şərəfli həyat yolundan , elmi fəalıyyətindən və Azərbaycan ədəbiyyatı tarixində , ədəbiyyatşünaslıq elmindəki misilsiz xidmətlərindən söhbət açdılar. Şagirdlər H.Araslının " Kitabi Dədə Qorqud " dastanının azərbaycan dilinə tərcümə olunmasında və dahi Nizami, Nəsimi və Füzuli irsinin öyrənilməsində göstərdiyi xidmətlər barədə çıxışlar etdilər.