22 may 2019-cu il tarixdə şəhər Təhsil şöbəsində " Reproduktiv saglamlıgın tədrisi " mövzusunda biologiya müəllimlərinin seminar keçirilib.
Seminarda şəhər Təhsil Şöbəsinin metodisti Şəhla Nagıyeva və rayonun ümumtəhsil məktəblərindən 49 nəfər biologiya müəllimi iştirak edirdi.ŞTŞ-nın metodisti Ş.Nagıyeva çıxış edərək " Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyin təşəbbüsü ilə hər il keçirilən " Reproduktiv saglamlıgın tədrisi " ilə baglı seminarın məqsədi haqqında məlumat verib. Sonra seminarda iştirak edən biologiya müəllimlərinə İctimai birlik tərəfindən məktəblərin VI və VII siniflərində oxuyan qızlara verilməsi nəzərdə tutulan gigiyenik məhsullar paylanıldı.