23 may 2019-cu il tarixdə Yevlax şəhər Təhsil Şöbəsində Azərbaycan Respublikası Təhsil Nazirinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin proritet fəaliyyət istiqamətləri” barədə 14.08.2018-ci il tarixli, F-550 nömrəli əmrində nəzərdə tutulan tədbirlərin icrası ilə əlaqədar məktəb direktorlarının hesabatı dinlənildi.
Hesabatda 57 nəfər məktəb rəhbəri və Təhsil Şöbəsinin əməkdaşları və şura üzvləri iştirak edirdi. Məktəb rəhbərləri hesabatda təhlili diaqramları, videodisklər və digər təsdiqedici sənədlər təqdim etdilər.Sonda Yevlax şəhər Təhsil Şöbəsinin müdiri əvəzi Xaləddin Niftəliyev hazırlanmış hesabatlara irad və təkilflərini bildirdi.