23 may 2019-cu il tarixdə Şəhər Təhsil şöbəsinidə şagirdlərin Azərbaycan Dövlət Aqrar Universitetinin professor-müəllim heyyəti ilə görüşü təşkil edilib.
“Universiteti tanıdaq” layihəsi çərçivəsində təşkil edilən görüşdə ŞTŞ-nın müdir müavini Fəyaz Vəliyev, ADAU-nun əməkdaşları, məktəblərin yuxarı sinif şagirdləri və müəllimlər iştirak edirdi. İlk öncə Azərbaycan Dövlət Aqrar Universiteti haqqında tanıtım filmi nümayiş olunub. Sonra ADAU-nun Tərbiyə işləri üzrə prorektoru Aidə Qasımova, professor Nizami Seyidəliyev, məsul katib Telman Musayev isə təhsil müəssisəsinin mövcud uğurlarından, maddi texniki bazanın gücündən danışıblar. Sonda məktəblilərinin sualları cavablandırılıb.