29.05.2019

Şəhər Təhsil Şöbəsində müşavirə keçirilib

          27 may 2019-cu il tarixdə Yevlax şəhər Təhsil Şöbəsində Təhsil Nazirinin “Umumitəhsil müəssisələrində əlverişli təlim və inkişaf mühütün təmin edilməsi üzrə əlavə tədbirlər barədə” 13.05.2019-cu il tarixli F-260 nömrəli əmri ilə təsdiq olunmuş Fəaliyyət Planının icrası ilə əlaqədar məktəb rəhbərlərinin müşavirəsi keçirilib.

         Əmrin məzmun və mahiyyəti barədə ŞTŞ-nin müdiri əvəzi X.Niftəliyev məlumat verdi və məktəb rəhbərlərinin qarşısında duran vəzifələri geniş şərh etdi. Hər bir məktəbdə Fəaliyyət Planı tərtib edib icrasına nail olmaq, bu barədə müntəzəm olaraq təsdiq edici sənədlərlə Təhsil Şöbəsinə məlumat vermək, sinif rəhbərlərinin, psixoloqların fəaliyyətini gücləndirmək, məktəb- valideyn əlaqələrini möhkəmləndirmək məktəb rəhbərlərinə tövsiyə olundu.


Açar sözlər: