27 may 2019-cu il tarixdə rayonun ümumtəhsil məktəblərində Demokratik Cümhuriyyətin 101-ci il dönümü ilə baglı tədbirlər keçirilib.
Şəhər 1, 2, 6, 7, 8 nömrəli, Salamabad, Kövər, Malbinəsi, Qaraməmmədli, Rüstəmli, Qaramanlı, Xanabad, Yuxarı Qarxun, Aşagı Qarxun kənd tam orta, Cırdaxan və Yuxarı Bucaq kənd ümumi orta məktəblərdə keçirilən tədbirlərdə ŞTŞ-nın əməkdaşları, məktəb rəhbərləri, müəllim və şagird kollektivləri iştirak ediblər. Tədbirlər bir qayda olaraq Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb.Çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, bu dövlətin yaradılmasında rolu olan tarixi şəxsiyyətlərdən, Xalq Cümhuriyyətinin yaradıgı dövlətçilik ənənələrinin bu gün Ölkə Başçısı tərəfindən ugurla davam etdirilməsi barədə məlumatlar veriblər. Məktəblilər vətənə, dövlətə aid şeirlər söylədilər, mahnılar oxudular, kompozisiyalar nümayiş etdirdilər.