30 may 2019-cu il tarixdə Yevlax Uşaq Şahmat İdman Məktəbində " Sərhəd mühafizə 100 " mövzusunda inşa yazı müsabiqəsi keçirildi.
Dövlət Sərhəd Xidmətinin və Şəhər Təhsil şöbəsinin birgə təşkilatçılıgı ilə keçirilən inşa yazı müsabiqəsi Azərbaycan Dövlət Sərhəd Ximətinin yaranmasının 100 illiyinə həsr olunub. Müsabiqədə ümumtəhsil məktəblərindən 43 nəfər 10 və 11 sinif şagirdləri iştirak edirdi. ŞTŞ-nın metodisti Mirtaleh İsmayılzadə şagirdlərə müsabiqənin keçirilməsinin məqsədi barədə məlumat verdi və müsabiqədə ilk üç yeri tutan qaliblərə Dövlət Sərhəd Ximəti tərəfindən qiymətli hədiyyə və Fəxri fərman veriləcəyini bildirdi. İnşa müsabiqəsində yerli mətbu orqan olan "Kür" qəzetinin və ARB regional televiziya kanalının nümayəndələridə iştirak edirdi.