28 may Respublika günü münasibətiylə Tarix Diyarşunaslıq Muzeyində Azərbaycan tarixi fənnindən "Açıq dərs" keçirilib.
Şəhər 9 nömrəli tam orta məktəbin tarix müəllimi Aytən Abbasovanın VII sinif şagirdləriylə "Şərqdə ilk demokratik Respublika " mövzusunda keçirdiyi aşıq dərsdə Muzeyin direktoru Kəmalə Mikayılova, Bərdə Regional Mədəniyyət İdarəsinin rəis müavini Validə xanım, kurator Əhliyyət Əliyev və BRMİ-nin Yevlax üzrə nümayəndəsi Rafiq Məmmədov da iştirak edirdi. Fənn müəllimi A.Abbasova ilk öncə Azərbaycan Xalq Cümhuriyyətin yaranması,bu dövlətin qurulmasında rolu olmuş tarixi şəxsiyyətlər, Cümhuriyyət dövründə qəbul edilmiş qanunlar barədə ətraflı məlumat verdi. Dərsin Tarix muzeyində keçirilməsi şagirdlərin böyük diqqət və maragına səbəb oldu.Sonda şagirdlər muzeydə Cümhuriyyət dövrü ilə baglı olan eksponatlarla tanış oludular.