04 iyun 2019-cu il tarixdə şəhər Təhsil şöbəsində V Respublika fənn müsabiqəsinin rayon mərhələsinin qalibləri ilə görüş keçirilib.
Ümumtəhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında keçirilən V Respublika fənn müsabiqələrinin rayon mərhələsinin nəticələri məlum oldu. May ayında Şəhər 2 nömrəli tam orta məktəbdə keçirilən müsabiqə riayziyyat, informatika fənləri üzrə VI sinif, fizika, kimya və bialogiya fənnləri üzrə isə VII sinif şagirdlərini əhatə edib. Ümumilikdə rayon üzrə 242 nəfər şagirdin iştirak etdiyi müsabiqədə 14 nəfər şagirdimiz finalda iştirak edtmək hüququ əldə edib. Bunlar hər birindən 2 nəfər olmaqla şəhər 2 nömrəli, Aran qəsəbə 1 nömrəli və Xaldan kənd tam orta məktəbin və hər birində 1 nəfər olmaqla şəhər 1, 2, 3, 4, 5, 8 nömrəli , Aranqəsəbə 2 nömrəli, Aşagı Qarxun və Səmədabad kənd tam orta məktəblərinin şagirdləridir. Rayon mərhələsinin qaliblərinə oxudugu məktəblərdə məktəb direktorları tərəfindən Fəxri Fərman və qiymətli hədiyyələr təqdim edilib. 04 iyun 2019-cu il tarixdə finalda iştirak edəcək qaliblər və onların müəllimləri ilə Şəhər Təhsil şöbəsində görüş keçirilib. Görüşdə Təhsil şöbəsinin müdir əvəzi Xaləddin Niftəliyev şagirdləri birinci mərhələ qalib gəldikləri üçün təbrik edib və onlara final mərhələsi ilə baglı tövsiyələrini verib.
Fənn müsabiqəsinin final mərhələsi iyun ayında Bakı şəhərində keçiriləcəkdir.