12 iyun 2019-cu il tarixdə Şəhər Təhsil şöbəsində məktəb psixoloqlarının seminarı keçirildi.
Seminarda Şəhər Təhsil şöbəsinin müdir əvəzi Xaləddin Niftəliyev, ŞTŞ-nın məsləhətçisi Ümidvar Mamedov, ŞTŞ-nın metodistləri Mirtaleh İsamayılzadə, Ulduzə İsmayılova və ümumtıhsil məktəblərin psixoloqları iştirak edirdi. Seminarı giriş sözü ilə açan ŞTŞ-nın müdir əvəzi X.Niftəliyev Təhsil Nazirinin “Ümumi təhsil müəssisələrində əlverişli təlim və inkişaf mühitinin təmin edilməsi üzrə tədbirlər barədə” 13.05.2019-cu il tarixli F-260 nömrəli əmri və bu əmrdən irəli gələn vəzifələr haqqında ətraflə məlumat verdi. Varvara kənd tam orta məktəbin psixoloqu Elxan Səmədov “Uşaq və yeniyetmələrin davranış qüsurları və onların aradan qaldırılımasının pedaqoj-psixoloji imkanları” mövzusunda geniş məruzə ilə çıxış etdi. ŞTŞ-nın əməkdaşları M.İsmayılzadə və Ü.Mamedov məruzə ətrafında ətraflı çıxış etdikdən sonra məktəb psixoloqlarının problemləri və təklifləri dinlənildi.