14.06.2019

 Məktəblərdə  " Son zəng " tədbirləri keşirilib  

         14 iyun 2019-cu il tarixdə rayonun bütün tam orta məktəblərində  " Son zəng " tədbirləri keşirilib.

  Respublikanın bütün tam orta təhsil müəssisələrində oldugu kimi rayonumuzunda da "Son zəng " tədbirləri  tam orta təhsil məktəblərində açıq havada təntəli şəkildə qeyd edildi.  Tədbirlərdə Yevlax Şəhər İcra Hakimiyyətinin, Şəhər Təhsil şöbəsinin nümayəndələri,  idarə və müəssisə rəhbərləri, müəllimlər, şagirdlər və valideyinlər iştirak edirdi.Tədbirlərin keçirilməsi üçün məktəb kollektivləri tərəfindən yüksək səviyyədə təşkilatı işlər aparılaraq, bu gün bütün məzunların və iştirakçıların uzun illər ərzində yadında qalan əlamətdar hadisəyə çevrilməsi üçün əllərində gələni etdilər.  Bütün tədbirlər Azərbaycanın dövlət bayrağının səhnəyə gətirilməsi və dövlət himninin səsləndirilməsi ilə başladı. Çıxış edənlər Ulu Öndərin Azərbaycan təhsilinin inkişafındakı əvəzsiz xidmətlərindən, bu gün ölkə rəhbərliyi tərəfindən təhsil sahəsində aparılan siyasətdən, rayonumuzda son illər ərzində təhsil ocaqlarının yenidən tikilməsi, əsaslı təmir olunaraq müasir avadanlıqlarla təchiz edilməsi və təhsildə keyfiyyətin yüksəlməsi üçün görülən işlərdən danışdılar. Müstəqil həyatın astanasında duran məzunlara, ölkəmiz və xalqımız üçün layiqli övlad olmalarını arzuladılar.

       Məzunlar tədbir zaman məktəb illəri ilə baglı ürək sözlərini söylədilər, mahnılar oxudular və rəqslər etdilər.

      2018-2019-cu tədris ildə rayon üzrə 951 şagird XI sinfi bitirərək məzun adını daşıyır.

         


Açar sözlər: ,