21.06.2019

Fənn müsabiqələrinin final mərhələsi

Ümumtəhsil məktəblərinin  VI-VII sinif şagirdləri arasında V Respublika  fənn müsabiqələrinin  final mərhələsi keçirilir.

Təşkilat komitəsinin qərarı ilə final mərhələsi Bakı şəhəri ilə yanaşı Gəncə, Sumqayıt, Mingəçevir, İsmayıllı, Ağdaş, Şəki, Şəmkir, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində keçirilir. Final mərhələsində 4700-ə yaxın şagird iştirak edir.

Fənn müsabiqələrinin yekun nəticələrinə əsasən, yeni tədris ili üçün Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə şagird seçimi ediləcək.  Həmçinin istedadlı şagirdlər üçün yaradılacaq xüsusi siniflərin kontingentinin formalaşdırılması da nəzərdə tutulur.

Məktəblilərarası fənn müsabiqələri ilk dəfə 2014-cü ildə 972 şagirdin iştirakı ilə keçirilib.

Fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və  olimpiadalara hazırlıq mərkəzlərinə namizəd şagirdlərin müəyyən edilməsindən ibarətdir.


Açar sözlər: ,