Müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin nəticəsinə görə 46 nəfər müəllim öz iş yerlərini rayonun ümumtəhsil məktəblərinə dəyişib.
Onlardan 7 nəfəri rayon daxilində, 39 nəfəri isə digər rayon və şəhərlərdə işləyən müəllimlər olub.
Yaradılmış şəffaf şəraitdən bəhrələnən bütün müəllimlərə uğurlar arzulayırıq.