6 sentyabr 2019-cu il tarixdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Q.Səmədov Ali məktəblərə yüksək balla qəbul olan məzunlarla görüş keçirdi.
Şəhər İcra Hakimiyyətinin akt zalında təşkil edilən görüşdə Şəhər icra Hakimiyyətinin Başçısı Qoca Səmədov, ŞHB-nın müavini Qənimət Qaraşov, Şəhər Təhsil şöbəsini müdir əvəzi Xaləddin Niftəliyev, Təhsil şöbəsinin əməkdaşları, məktəb direktorları, yüksək balla ali məktəblərə qəbul olunan məzunlar, müəllimlər və valideyinlər iştirak edirdi. lk öncə Ulu Öndər Heydər Əliyevin rayon Mərkəzində ucaldılmış abidəsi önünə tər güllər qoyularaq Ümummilli Liderin ruhuna ehtiram göstərildi. Daha sonra tədbir ŞİH-nın akt zalında davam etdirildi.
Tədbiri giriş sözü ilə açan Şəhər Təhsil şöbəsinin müdir əvəzi X.Niftəliyev Cənab Prezidentin ölkədə ugurla həyata keçirdiyi dövlət təhsil siyasəti və bu siyasətin təhsilə qazandırdıgı ugurlar barədə məlumat verdi. Sonra X.Niftəliyev çıxışında qeyd etdiki 2018-2019 tədris ilində rayon üzrə 951 nəfər şagird tam orta təhsil səviyyəsi bitirib, onlardan 583 nəfəri ali məktəblərə sənəd verib və 324 nəfər məzunumuz ali məktəblərə qəbul olunub. Bunlardan 37 nəfəri 500 dən yuxarı, 6 nəfəri isə 600 dən yuxarı bal toplayıbdır. 9 şagirdimiz isə müxtəlif ali hərbi məktəblərə qəbul olunublar.
Daha sonra İcra Başşısı Qoca Səmədov çıxış edərək qazandıqları ugurlara görə məzunları, onların müəllimlərini və valideyinlərini təbrik etdi.
Tədbirin sonunda İcra Başçısı tərəfindən məzunlara qiymətli hədiyyələr və Fəxri Fərmanlar təqdim olundu.