6 sentyabr 2019-cu il tarixdə Şəhər Təhsil şöbəsində 1-ci siniflərə, məktəbəhazırlıq qruplarına elektron qaydada qəbul və şagirdlərin yerdəyişməsi ilə baglı "Dəyirmi masa" keçirilb.
Təhsil şöbəsində təşkil edilən dəyirmi masada Təhsil şöbəsinin müdir əvəzi Xaləddin Niftəliyev, şəhər məktəblərinin direktorları və məktəblərin əlaqələndiriciləri iştirak edirdi.Tədbirdə şagirdlərin 1-ci siniflərə, məktəbəhazırlıq qruplarına elektron qaydada qəbul və yerdəyişməsinin yekunları və yaranmış mövcüd problemləri müzakirə olunub.
Təhsil şöbəsinin müdir əvəzi X.Niftəliyev və ŞTŞ-nın əlaqələndiricisi Sabir Alıyev çıxış edərək şagirdlərin elektron qaydada məktəblərə qəbulu və yerdəyişməsi zamanı yaranan çatışmamazlıqların aradan qaldırılması üçün müəyyən tövsiyyələr verdilər.