18.09.2019

Aztəminatlı ailələrin övladlarına məktəb ləvazimatları hədiyyə olundu

     16 sentyabr 2019-cu il tarixdə "Xocalı Soyqırımı Tanıtma" ictimai birliyinin təşkilatçılıgı  və əslən Yevlax rayonundan olan iş adamı Gülnar Əlişovanın maliyə dəstəyi ilə  bir neçə məktəbdə oxuyan aztəminatlı ailələrinə övladlarına məktəb ləvazimatları hədiyyə olundu.

      İş adamı G.Əlişovanın şəxsi istəyi ilə yeni dərs ilinin başlanması ilə əlaqədar şəhər 2,3 nömrəli tam orta və Hacımahmudlu kənd ümumi orta məktəblərində oxuyan 45 nəfər aztəminatlı ailələrinə övladlarına ŞTŞ-nın məsləhətçisi Ümidvar Mamedovun da iştirakı ilə  məktəb çantaları, dəftər, qələm və digər məktəb ləvazimatla təqdim olundu.

      Təhsil şöbəsinin müdir əvəzi Xaləddin Niftəliyev təşkilatın  sədri Şamil Sabiroglu və iş adamı Gülnar Əlişovayla görüşərək həyata keçirdikləri xeyirxah missiyaya görə dərin minnətdarlıgını bildirdi.


Açar sözlər: ,