21 sentyabr 2019-cu il tarixdə rayonumuzdan 30 nəfər XI sinif şagirdi Mingəçevir şəhərində keçirilən " Əlaçı " intellektual yarışmasının zona müsabiqəsində iştirak edbilər.
Müsabiqədə 11 rayonun hər birindən 15 oglan 15 qız olmaqla 30 nəfər, ümumilikdə isə 330 nəfər şagird iştirak edirdi.Test üsuli ilə keçirilən müsabiqədə şagirdlərə 50 sual verildi.Yarışmada suallara daha çox düzgün cavabv verən şagirdlər oktyabr ayında Bakı şəhərində keçiriləcək final mərhələsində iştirak etmək hüququ əldə edəcəkdir.