25 sentyabr 2019-cu il tarixdə şəhər 2 nömrəli tam orta məktəbdə Gəncə şəhərində fəaliyyət göstərən "Kəpəz " televiziyasının layihəsi çərçivəsində Yevlax rayon məktəbliləri arasında " Zirvə " adlı intellektual bilik yarışması keçirildi.
Yarışmada şəhər məktəblərindən 7 komanda, hər komandada isə 4 şagird iştirak edirdi.Yarış başlamadan öncə verlişin aparıcısı şagirdlərə intellektual bilik yarışmasının qaydaları haqqında ətraflə məlumat verdi.Oyun zamanı komandalar üçün 8 fənn (Azərbaycan dili, Ədəbiyyat, Tarix, Cografiya, Kimya, Bialogiya, Fizika və Riyaziyyat) üzrə səkkiz sual səsləndirildi. Hər bir sual bir xalla dəyərləndirilirdi. Üç mərhələdən ibarət keçiril
n yarışmadı şəhər 7 nömrəli tam orta məktəbin komandasa daha çox xal toplayaraq oyunun qalibi seçildi.Rayon birincisi seçilən şəhər 7 nömrəli tam orta məktəbin komandası Gəncə şəhərində keçiriləcək zona birinciliyində iştirak edəcəkdir.