02.10.2019

Məktəbəhazırlıq qrupları fəaliyyətə başladı

      01 oktyabr 2019-cu il tarixdə 2019-2020-ci tədris ili üzrə rayonun ümumtəhsil məktəblərində məktəbəhazırlıq qrupları fəaliyyətə başladı.

2019-2020-ci tədris ilində Rayonun 48 ümumtəhsil məktəbində 77 məktəbəqhazırlıq qrupu fəaliyyət göstərəcəkdir. Bu hazırlıq qruplarının 73-ü azərbaycan, 4-ü isə rus bölməsidir. Ümumilikdə məktəbəhazırlıq qruplarında 1387 uşaq təhsil alır.

     2016-2017-ci tədris ilində başlayaraq Respublikanın ümumtəhsil məktəblərində fəaliyyətə başlayan məktəbəhazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması, onlarda müəyyən bilik və bacarıqların formalaşdırılmasından ibarətdir. Məktəbəhazırlıq qruplarına qəbulun elektron sistem vasitəsilə həyata keçirilməsi şəffaflığın təmin edilməsi, vaxt itkisinin aradan qaldırılması, informasiya texnologiyalarından istifadə vərdişlərinin artırılması baxımından olduqca əhəmiyyətlidir.