01 oktyabr 2019-cu il tarixdə Kövər kənd tam orta məktəbdə " Beynəlxalq Ahıllar Günü " ilə baglı tədbir keçirilib.
Tədbirdə məktəbin rəhbər işçiləri, müəllimlər, şagirdlər, valideyinlər və kəndin bir neçə yaşlı sakini iştirak edirdi. Çıxış edən müəllimlər BMT-nin Baş Məclisi 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qəbul etdiyi qətnamə və bu qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabrın 1-i bütün dünyada Beynəlxalq Ahıllar Günü kimi qeyd olundugunu diqqətə çatdırdılar. Bu tarixin beynəlxalq səviyyədə qeyd olunmasını isə ahıllara diqqət və qayğının artırılması məqsədi daşıdıgı bildirdilər. Azərbaycanda ahıl insanlara dövlət qayğısı da ildən-ilə artır.
Məktəbin VIII sinif şagirdləri yaşlı insanlar hörmət etməklə baglı səhnəciklər göstərdilər, şeirlər söylədilər və mahnılar səsləndirdilər.