02 oktyabr 2019-cu il tarixdə şəhər 5 nömrəli və Kövər kənd tam orta məktəblirdə " Narkotik vasitələrin və psixotrop maddələrin insan mənəviyyatına və saglamlıgına zərərli təsiri " mövzusunda tədbirlər keçirilib.
Tədbirlərdə Şəhər Təhsil şöbəsinin və Rayon Polis şöbəsinin əməkdaşları, sahə həkimləri, məktəb direktorları, müəllimlər, yuxarı sinif şagirdləri və valideyinlər iştirak edirdi. Şəhər 5 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə məktəb direktoru Zərxanım Əhmədova giriş sözüylə çıxış edərək XXI əsrin bəlası olan "Ag ölüm" və onun törətdiyi fəsadlar barədə məlumat verdi. Daha sonra Rayon Polis şöbəsinin əməkdaşı,Yetkinlik yaşına çatmayanlarla proflaktiki işin təşkili qrupunun inspektoru, polis kapitanı Fərid Paşayev və ŞTŞ-nın əməkdaşı Mirtaleh İsmayılzadə çıxış edərək silah, insan alveri, orqanların transferi kimi təhlükəli bəlalarla eyni səviyyədə qorxulu olan cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomanya,onun törətdiyi fəsadlar haqqında və yeniyetmələrin narkomaniyaya qurşanması onların təhsildən yayınmasına, ictimai həyatdan uzaqlaşmasına, ətrafdakı insanlara daha çox cinayətkar simasının aşılanmasına, ən əsası da sağlamlıqlarının zərbə altında qalmasına səbəb olması barədə ətraflı çıxış etdilər.
Sonda tədbir iştirakçılarının təklifləri dinlənilərək onları maraqlandıran suallar cavablandırıldı.