04.10.2019

 Təhsil şöbəsində seminar keçirilib

        03 oktyabr 2019-cu il tarixdə Şəhər Təhsil şöbəsində  “2019-2020-ci dərs ilində Təhsil Nazirliyinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” 14 avqust 2018-ci il tarixli, F-550 nömrəli əmrində və “Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 15 yanvar 2019-cu il tarixli, F-18 nömrəli əmri ilə təsdiq olunmuş Fəaliyyət Planında müəyyən olunmuş hədəflərin yerinə yetirilməsi üzrə işlərin davam etdirilməsi və əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Təhsil Nazirinin 30 avqust 2019-cu il tarixli F-531 nömrəli əmrinin icrası ilə əlaqədar  məktəb direktorları və müavinlərinin iştirakı ilə seminarı keçirilib .

        Seminarda çıxış edən ŞTŞ-nın direktor əvəzi X.Niftəliyev Təhsil Nazirliyinin 30 avqust 2019-cu il tarixli F-531 nömrəli əmrinin fəaliyyət istiqamətləri, məqsəd və mahiyyəti, həyata keçiriləcək tədbirlər barədə geniş təqdimat etdi. Onlara hər bir məktəbdə təkmilləşdirilmiş fəaliyyit planı tərtib edib icrasına nail olmaq və fəaliyyət istiqamətləri üzrə həyata keçirilən tədbirlər barədə təsdiqedici sənədlərlə vaxtında arayış təqdim etmək tövsiyə olundu.

Şəhər Təhsil Şöbəsinin əməkdaşları və məktəb rəhbərləri müzakirələrdə fəal iştirak etdi


Açar sözlər: