03 oktyabr 2019-cu il tarixdə rayonun Aşagı Qarxun, Kövər və Yuxarı Qarxun kənd tam orta məktəblərində ümumməktəb valideyin iclasları keçirilib.
Keçirilən iclaslarda məktəbin rəhbər işçiləri, müəllimlər və valideyinlər iştirak edirdi. İclasda valideyn-məktəb münasibətlərindən, şagirdlərin nizam-intizamından,yeni dərs ilində aparılmış diaqnostiq qiymətləndirmənin nəticələri, şagirdlərin yaş dövrünə uyğun psixologiyasından, davranış qaydalarına, təhsillərinə və sair kimi xüsusiyyətlərinə birgə (müəllim-valideyin) nəzarətdən danışılıb, qarşıya çıxan problemlərin birgə həlli yolları müzakirə edilib
Sonda isə valideynləri maraqlandıran suallar drektorlar tərəfindən cavablandırılıb.