08 oktyabr 2019-cu il tarixdə Şəhər 2 nömrəli tam orta məktəbdə " İstedadları tanıyaq " layihəsi çərçivəsində şagirdlərlə görüş keçiridi.
Tədbirdə Şəhər Təhsil şöbəsini müdir əvəzi Xaləddin Niftəliyev, ŞTŞ-nın metodisti Şəhla Nagıyeva, fənn müəllimləri və şagirdlər iştirak edirdi.Təhsil şöbəsinin müdir əvəzi X.Niftəliyev çıxış edərək Təhsil nazirliyinin 30.08.2019-cu il tarixli F 531 nömrəli əmrinin 4.7-ci bəndinə uyğun olaraq məktəblərdə diaqnostiq qiymətləndirmənin nəticələri əsasında " İstedadları tanıyaq " layihəsinin keçirilməsinin nəzərdə tutuldugunu və hər bir uşaqda mövcud olan istedad potensialının üzə çıxarılması,qiymətləndirilməsi və davamlı inkişafına şərait yaradılması üçün bu cür görüşlərin keçirilməsi əsas məqsəd daşıdıgını tədbir iştirakçılarının diqqətinə çatdırdı. Həmçinin bununla baglı Şəhər Təhsil şöbəsində "İstedad bangının " yaradıldığını və bu bangda fənnlər və sahələr üzrə xüsusi isdedı olan 125 nəfər şagirdin qeydiyyata alındığını vurğuladı.
Sonda istedadlı şagirdlərlə işin təşkili ilə baglı müəllimlərin təklifləri dinlənildi, şagirdləri maraqlandıran suallar cavab verildi.