8 oktyabr 2019-cu il tarixdə şəhər 1, 6,10 nömrəli və Aran 1 və Aran 2 nömrəli kənd tam orta məktəblərində " Narkomaniyaya yox deyək! " adlı maarifləndirici tədbirlər keçirlib.
Tədbirlərdə Şəhər Təhsil şöbəsinin və Rayon Polis şöbəsinin əməkdaşları, sahə həkimləri, məktəb direktorları, müəllimlər, yuxarı sinif şagirdləri və valideyinlər iştirak edirdi. Çıxış edənlər narkotik vasitələrin insan həyatında və cəmiyyətimizdə yaratdığı fəsadlar haqqında ətraflı məlumatlar verdilər. Narkomaniyaya qarşı mübarizə sahəsində görülən işlərdən söz açdılar, gəncləri zərərli vərdişlərdən uzaq olmağa, sağlam həyat tərzi keçirməyə, ətraf aləmin gözəlliklərindən – təbiətdən, kitablardan, maraqlı insanlarla ünsiyyətdən zövq almağa, faydalı bilik və bacarıqlar öyrənməyə çağırdılar. Həmçinin tədbir iştirakçılarına zərərli vərdişlərlə mübarizədə bu kimi maarifləndirici görüşlərin nə dərəcədə əhəmiyyətli oldugunu bildirdilər.
Sonda “Narkomaniyaya yox deyək!” adlı şagirdlərin rəsm işləri nümayiş olundu, iştirakçıları maraqlandıran suallar cavablandırıldı.