17.10.2019

" Milli-mənəvi dəyərlərimiz tarixi sərvətimizdi " mövzusunda dəyirmi masa keçirilib

      16 oktyabr 2019-cu il tarixdə Cırdaxan kənd ümumi orta məktəbdə " Milli-mənəvi dəyərlərimiz tarixi sərvətimizdi " mövzusunda dəyirmi masa keçirilib.

Dəyirmi masada məktəbin direktoru Flora Əliyeva, müəllimlər və yuxarı sinif şagirdləri iştirak edirdi. Tədbirdə çıxış edən məktəbin tarix müəllimi Vəzifə Qurbanova  şagirdlərə qədim dövlətçilik tarixinə malik olan Azərbaycan xalqının milli dəyərlərinə sadiqliyindən , bu dəyərləri əsrlərlə yaşatmış və inkişaf etdirməsindən danışdı. Sonra çıxış edən məktəbin müəllimi Sona Sabirli şagirdlərimizə milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılmasının vacibliyini , Azərbaycan xalqının formalaşmasına təsirini , milli dövlətçiliyimizin möhkəmləndirilməsindəki rolunu izah etdil.  

      Tədbirin sonunda şagirdlər milli-mənəvi dəyərlər sistemini folklor nümunələrini , musiqi parçaları və bayram adət ənənələri ilə izah etməyə çalışdılar.


Açar sözlər: ,