18 oktyabr 2019-cu il tarixdə rayonun ümumtəhsil məktəblərdə Milli Müstəqillik günü ilə baglı tədbirlər keçirilib.
Şəhər 1, 2, 6, 10 nömrəli,Varvara, Aşagı Qarxun kənd tam orta və Cırdaxan kənd ümumi orta məktəblərində keçirilən tədbirlərdə məktəb direktorları,müəllim və şagird kollektivləri iştirak edirdi. Bütün tədbirlər şagirdlərin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başalayıb.Tədbirlərin keçirilməsində məqsəd məktəbliləri milli-mənəvi dəyərlərə hörmət və vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltmək, müstəqillik illərində respublikamızın keçdiyi zəngin inkişaf yolunda qazandığı parlaq nailiyyətləri təbliğ etməkdən ibarətdir.
Çıxış edənlər Azərbaycanın dövlət müstəqilliyinin əbədi və dönməz xarakter daşıdığını, Prezident İlham Əliyevin Ulu Öndərin yaratdığı əsaslar üzərində Azərbaycanı regionda aparıcı dövlətə çevirdiyini iştirakçıların diqqətinə çatdırıb. Həmçinin Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən də geniş bəhs ediblər. Sonda şagirdlər Müstəqillik günü ilə baglı şeirlər söylədilər, mahnılar oxudular və rəqs etdilər