22.10.2019

" Məktəblilər arasında Respublika çempionatı "nın zona yarışlarına start verilib

       16 oktyabr 2019-cu il tarixdən etibarən idmanın beş növü üzrə məktəblilər arasında keçirilən Respublika çempionatın zona yarışlarına start verilib.

Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Milli Olimpia Komitəsi və Məktəb İdmanları Federasiyasının birgə təşkilatçılıgı ilə  " Məktəblilər arasında Respublika çempionatı "nın Xaldan və Kövər kənd tam orta məktəblərində  zona yarışları keçirilib. Keçirilən zona yarışında iyirmi məktəbin komandası iştirak edirdi. " Məktəblilər arasında Respublika çempionatı "nda idmanın beş- voleybol, basketbol, şahmat, tennis və yüngül atletika növləri üzrə şagirdlər öz güclərini nümayiş etdirirlər. Yarışlar rayonun 4 zonasında (Şəhər, Salahlı, Kövər və Xaldan) təşkil edilib.

       Ümumilikdə   " Məktəblilər arasında Respublika çempionatı " rayonun 40 ümumtəhsil məktbindən qiz və oglan olmaqla 886 nəfər şagirdi əhatə edəcəkdir. Zona yarışlarının qalibləri 29 oktyabr 2019-cu il tarixdə Yevlax şəhərində keçiriləcək final yarışmasında iştirak edəcəklər.

       Zona yarışları davam edir.