24.10.2019

Kövər kənd tam orta məktəbində " Narkomaniyaya yox deyək " adlı rəsm müsabiqəsi keçirilib

       23 oktyabr 2019-cu il tarixdə Kövər kənd tam orta məktəbdə  şagirdlər arasında " Narkomaniyaya yox deyək " adlı rəsm müsabiqəsi keçirilib.

Tədbirin keçirilməsində məqsəd şagirdləri narkomaniya və psixotrop maddələrin yaratdığı problem və fəsadlar mövzusunda maarifləndirmək və onlar arasında sağlam həyat tərzini təbliğ etmək olub.

      Rəsm müsabiqəsində qalib gələn şagirdlər məktəb rəhbərliyinin Tərifnamələri ilə  təltif olunublar.

 

 


Açar sözlər: ,