25 oktyabr 2019-cu il tarizdə şəhər Təhsil Şöbəsində 2019-2020-ci dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 30.08.2019-cu il tarixli F-531 nömrəli əmrinin 4.6-cı bəndinə uyğun olaraq, “Diaqnostik və formativ qiymətləndirmədən istifadə sahəsində müəllimlərin səriştəliliyinin artılırması” mövzusunda öyrədici təlim keçirildi.
Təlimdə ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri və metodbirləşmə rəhbərləri iştirak etdirdi.Tədbiri açan ŞTŞ-nın müdiri əvəzi Xaləddin Niftəliyev məktəbdaxili qiymətləndirmə barədə məlumat verərək qiymətləndirmənin diaqnostik və formativ növlərindən zəif istifadə olunduğunu bildirdi. ŞTŞ-nın Metodiki kabinetinin direktoru əvəzi Əli Quliyev və tarix fənni üzrə metodist Mirtaleh İsmayılzadə mövzuya aid videoçarx nümayiş etdirərək geniş təqdimat etdilər.
Sonda müəllimlərin sualları cavablandırıldı.