04.11.2019

" Məktəblilər arasında Respublika çempionatı" nın rayon mərhələsinin final oyunları keçirilib 

        01 noyabr 2019-cu il tarixdə " Məktəblilər arasında Respublika çempionatı" nın Yevlax rayondaxili mərhələsinin 4 idman növü üzrə yarışlarına yekun vurulub.

Yevlax şəhərində təşkil olunan yarışmada məktəblilər arasında idmanın voleybol növü üzrə keçirilən yarışmada Rüstəmli kənd tam orta məktəbin qızlardan ibarət komandası, stolüstü tennis yarışı üzrə Səmədabad kənd tam orta məktəbin komandası, atletika üzrə yarışmada Qoyunbinəsi kənd tam orta məktəbin komandası, basketbol yarışmasında isə Kövər kənd tam orta məktəbin komandası I yerə layiq görülüblər. Qalib komandalar Yevlax şəhər Təhsil şöbəsi və Gənclər İdman İdarəsinin Fəxri Fərmanları ilə təltif olunublar.

      Rayon mərhələsində birinci yeri tutan  komandalar 2020-ci ildə keçiriləcək " Məktəblilər arasında Respublika çempionatı "nın zona mərhələsində iştirak edəcəklər.

 

 


Açar sözlər: ,