04 noyabr 2019-cu il tarixdə Şəhər 10 nömrəli və Kövər kənd tam orta məktəblərdə " Uşaq hüquqları aylığı " çərçivəsində "Mənim hüquqlarım " mövzularında dəyirmi masalar keçirilib.
Dəyirmi masalarda məktəb direktorları, müəllimlər və yuxarı sinif şagirdləri iştirak edirdi.Tədbirlərdə çıxış edən müəllimlər “20 oktyabr -20 noyabr Uşaq hüquqları aylığı ” keçirilməsinin məqsədi ,1989 cu ildə BMT-nin təşəbüssü ilə yaradılmış Uşaq Hüquqları Konvensiyasının əsas müddəaları haqqında ətraflı məlumatlar verdilər. Şagirdlərə həmçinin Respublikamızda uşaq hüquqlarını müdafiəsi ilə baglı qəbul edilmiş bir sıra qanunlar, hazırlanmış konvensiyalar barədə də məlumat verildi .
Sonda şagirdlərin hazırladıqları Uşaq Hüquqları anlayışını əks etdirən rəsm stendləri nümayiş olundu.