13.11.2019

12 noyabr " Konstitusiya günü " ilə baglı dəyirmi masa keçirilib

       12 noyabr 2019-cu il tarixdə Aşağı Qarxun kənd tam orta məktəbində " Konstitusiya günü " ilə baglı dəyirmi masa keçirilib.

Tədbirdə məktəbin rəhbər işçiləri, müəllimlər və yuxarı sinif şagirdləri iştirak edirdi. Dəyirmi masada məktəbin direktor əvəzi Gülsüm Rəhimova və direktor müavini,tarix müəllimi Elşən Yusifov çıxış edərək 1995-ci il noyabr ayının 12-də keçirilmiş ümumxalq səsverməsi yolu ilə Azərbaycan Respublikasının ilk konstitusiyası qəbul ediliməsi, Konstitusiyada insan hüquq və azadlıqlarına geniş yer verilməsi və ölkəmizin demokratiya ideallarına sadiqliyi 1996-cı il fevral ayının 6-da ulu öndər Heydər Əliyevin Sərəncamı ilə noyabrın 12-i Konstitusiya Günü elan edilməsi barədə şagirdlərə ətraflı məlumat verdilər. 

 


Açar sözlər: ,