14.11.2019

" Dilimizi qoruyaq " mövzusunda Dəyirmi masa keçirilib

       12 noyabr 2019-cu il tarixdə İrəvanlı qəsəbə tam orta məktəbində " Dilimizi qoruyaq " mövzusunda dəyirmi masa keçirilib.

Təhsil Nazirliyinin F-20№-li, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi " haqqında tədbirlər planına uyğun olaraq " Dilimizi qoruyaq " mövzusunda təşkil edilən dəyirmi masada məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimlər Səbinə Haqverdizadə, Ləman Şükürzadə, məktəbin kitabxanaçısı Mətanət Qəhrəmanova və yuxarı sinif şagirdləri iştirak edirdi. Çıxış edənlər Ölkə Başçısının 01 noyabr 2018-ci ildə imzaladığı  “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi " haqqında Fərmanında  mükəmməl qrammatik quruluşa, zəngin lüğət tərkibinə və ifadə vasitələrinə malik Azərbaycan dilinin tətbiqi sahəsində hüquqi tənzimləmənin və daimi nəzarətin təmin edilməsi, mövcud nöqsanların və pozuntuların aradan qaldırılması məqsədi daşıdığını bildirdilər.


Açar sözlər: ,