13 noyabr 2019-cu il tarixdə Cırdaxan kənd ümumi orta məktəbdə dəyirmi masa keçirilib.
"Plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsiri və alternativ qablaşdırma qablarından istifadənin əhəmiyyəti " mövzusunda təşkil edilən dəyirmi masada məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak edirdi. Məktəbin cografiya müəllimi Sevda Nəsirova şagirdlərə məişətdə istifadə olunan plastik qabların, tullantılarının təbiətə və insan orqanizminə törətdiyi zərərlər barədə maraqlı məlumatlar çatdırdı. Bu mövzuyla baglı keçirilən dəyirmi masada əsas məqsəd şagirdlərə sağlamlığı qorumaq qaydalarını bilmək və ona əməl etmək vərdişlərini formalaşdırmaqdır.