Yevlax Şəhər İcra Hakimiyyəti və şəhər Təhsil şöbəsinin təşkilatçılığı ilə " Dövlət Bayraq Günü "ə həsr olunmuş ümumtəhsil məktəblərin II-V sinif şagirdləri arasında şahmat üzrə rayon birinciliyi keçirilib.
Yarışın əsasnaməsinə uyğun olaraq hər məktəbin komandası 4 oğlan və 2 qız şahmatçı ilə təmsil olunurdu.Dairəvi sistem üzrə keçirilən yarışmada Şəhər 5 nömrəli tam orta məktəbin komandası rayon birincisi adına layiq görülüb.Turnirdə şəhər 2 nömrəli və 7 nömrəli tam orta məktəbin komandaları müvafiq olaraq II və III yerləri tutmuşlar.
Qalib komandalara Şəhər Təhsil şöbəsinin " Fəxri Fərman "ları təqdim olindu.