Oktyabr ayında keçirilən IX sinif şagirdlərinin diaqnostiq qiymətləndirilməsinin nəticələri müzakirə olundu.
Şəhər Təhsil şöbəsinin akt zalında təşkil olunan müzakirədə Təhsil şöbəsinin müdir əvəzi Xaləddin Niftəliyev, Yevlax rayonu üzrə Təhsil meneceri Tünzalə Həsənova, ŞTŞ-nın əməkraşları və məktəb direktorları iştirak edirdi. Müzakirə zamanı 9-cu siniflərin sınaq imtahanlarında rayon məktəblərinin Respublika üzrə göstəriciləri, yüksək və zəif nəticə göstərən məktəblərin orta bal göstəriciləri və hər bir məktəbin fənnlər üzrə topladığı balların qrafiki proektor vasitəsi ilə iştirakçıların diqqətinə çatdırıldı. ŞTŞ-nın müdir əvəzi X.Niftəliyev çıxış edərək 9-cu siniflərin diaqnostiq sınaq imtahanında kütləvi köçürmə hallarının qarşısını almaq və nəticələrə uyğun olaraq gələkdə tədbirlər planının hazırlanması vacibliyi barədə danışdı. Sonda Təhsil meneceri T.Həsənova imtahan nəticələri ilə bağlı sualları cavablandırdı.