25.11.2019

" Narkomaniya insanlığın bəlasıdır " mövzusunda inşa yazı müsabiqəsi keçirilib

           22 noyabr 2019-cu il tarixdə ümumtəhsil məktəblərin 8-11 ci sinif şagirdləri arasında " Narkomaniya insanlığın bəlasıdır " mövzusunda inşa yazı müsabiqəsi keçirilib.

Təhsil Nazirinin 30 avqust 2019-cu il tarixli F-531 nömrəli əmrinin icrası ilə əlaqədar Yevlax Şəhər Təhsil şöbəsinin təkmilləşdirilmiş Fəaliyyət Planına uygun olaraq " Narkomaniya insanlığın bəlasıdır " mövzusunda keçirilən inşa yazı müsabiqəsi ümumtəhsil məktəblərin 8-11 ci siniflərini əhatə edib. Yevlax şəhər  Uşaq-Gənclər İdman-Şahmat məktəbində keçirlən inşa müsabiqəsində  52 nəfər şagird iştirak edirdi. Müsabiqə başlamadan öncə Təhsil şöbəsinin əməkdaşı Əli Quliyev çıxış edərək şagirdlərə XXI əsrin bəlası olan narkomaniya ilə bağlı keşirilən bu tədbirin əsas məqsəd və mahiyyəti barədə qısa məlumat verdi. İnşa yazı müsabiqəsinin nəticələri elan olunduqdan sonra qaliblər Təhsil şöbəsi tərəfindən mükafatlandırılacaqlar. 

 


Açar sözlər: ,