27.11.2019

"Xəmsə" Milli İntellektual Oyununun rayon mərhələsi keçirildi

          26 noyabr 2019 cu il tarixdə Yevlax şəhər  Gənclər Evində "Xəmsə" Milli İntellektual Oyunu üzrə yeniyetmələr arasında VII Azərbaycan Çempionatının Yevlax rayon birinciliyi keçirildi.
Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışmada səkkiz məktəbin 9-11-ci sinif şagirdlərindən ibarət komandası iştirak edirdi.Yarışın sonunda I yerə Yevlax şəhər 9 saylı tam orta məktəb, II yerə Yevlax şəhər 4 saylı tam orta məktəb, III yerə Aran 2 tam orta məktəbin komandaları laiq görüldülər. Qalib komandalara Gənclər və İdman İdarəsi tərəfindən Fəxri Fərmanlar və kubok təqdim olundu. I yerə çıxmış komanda Goranboy rayonunda keçiriləcək zona birinciliyində rayonumuzu təmsil edəcəkdir.


Açar sözlər: ,