Təhsil Nazirinin 10.04.2019-cu il tarixli F-175 nömrəli əmri ilə İsmayıl Şıxlının anadan olmasının 100 illik yübleyi ilə əlaqədar məktəblərdə dəyirmi masalar təşkil edilib.
Şəhər 2, 7 nömrəli, İrəvanlı qəsəbə, Malbinəsi, Salahlı kənd tam orta və Cırdaxan kənd ümumi orta məktəblərində keçirilən tədbirlərdə məktəbin rəhbər işçiləri, Azərbaycan dili və ədəbiyyat müəllimləri və yuxarı sinif şagirdləri iştirak edirdi. Çıxış edən müəllimlər koloritli xarakterlər və yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik surətlərlə zəngin yaradıcılığı ilə Azərbaycan xalqının bədii fikir salnaməsinə yeni parlaq səhifə yazmış ədiblərdən biri olan İsmayıl Şıxlının həyat və yaradıcılığı haqqında şagirdlərə ətraflı məlumat verdilər.
Dəyirmi masalarda ədibin xalqımızın ictimai şüurda böyük dönüşə və özünüdərkə yol açan mühüm ədəbi-mədəni hadisə kimi qiymətləndirilmiş məşhur “Dəli Kür” roman müzakirə edildi.