29 oktyabr 2019-cu il tarixdə S.Vurğun adına şəhər 5 nömrəli tam orta məktəbdə 1dekabr " Ümumdünya QİCS günü" ilə əlaqədar tədbir keçirilib.
Məktəbin rəhbər işçilərinin, müəllimlərin və yuxarı sinif şagirdlərinin iştirak edtdiyi tədbirdə ilk olaraq məktəbin biologiya müəllimi S.Quliyeva öz çıxış edərək QİCS-in yaranması və necə yoluxmağı haqqında geniş məlumat verdi. Video roliklərlə yoluxma hallarını nümayış etdirildi. 8ç sinif şagirdləri şəhər əhalisi arasında QİCS xəstəliyi haqqında nə bildikləri barədə keçirdikləri sorgunu nəticələri haqda məlumat verdilər. Və bu sorğuda müəyyən edilmişdir ki, şəhər əhalisinin çoxu QİCS haqda şox az məlumatlıdırlar. Tədbirdə həmçisinin məktəbin UBTR-i Babayeva Vüsalə çıxış edərək Narkomaniyanın Əsrin bəlası olduğunu qeyd edərək onun fəsadları haqqında geniş məlumat verdi. Məktəbin IX sinif şagirdi Əliyeva Fatimə Vüqar qızı məktəb üzrə «Narkomaniya-insanlığın bəlasıdır» mövzusunda keçirilən inşa yarışmasında I yerə layiq görüldüyünü qeyd edildi. Sonda isə şagirdlərin hazırladıqları «Narkomaniyaya yox deyək» mövzusuna həsr edilmiş rüblik divar qəzetlərinə baxış keçirildi.