29 noyabr 2019-cu il tarixdə İrəvanlı qəsəbə tam orta məktəbin VII sinifdə bialogiya fənnindən açıq dərs keçirilib.
Bialogiya müəllimi Aysel İbrahimovanın keçdiyi açıq dərsdə Şəhər Təhsil şöbəsinin metodisti Şəhla Fərzəliyeva, məktəbin direktoru Arzu Qədirova, məktəbin və ətraf kəndlərdən fənn müəllimləri iştirak edirdi.
"Göbələklər aləmi, papaqlı göbələklər haqqında " mövzusunda keçirilən dərsdə fəal təlimin mərhələləri ardıcıl şəkildə həyata keçirildi, dərs prosesində yeni təlim texnologiyalarından komputer, pramoton lövhədən istifadə edilməsi dərsin maraqla keçməsinə, şagirdlərin mövzunu daha asan mənimsəməsinə şərait yaratdı.Slaydlar vasitəsi ilə qruplar öz təqdimatlarını etdilər. Dərsin sonunda müəllim şagirdlərin yeni mövzu ilə bağlı biliklərini qiymətləndirdi.
Sonda dərsin müzakirəsi zamanı ŞTŞ-nın əməkdaşı Ş.Fərzəliyeva və qonaqlar nümunəvi dərslə bağlı rəylərini bildirərək, tövsiyə və məsləhətlərini verdilər.