03.12.2019

1 dekabr " Beynəlxalq QİÇS günü " ilə bağlı tədbir keçirilib  

         1 dekabr 2019-cu il tarixdə Gülövşə kənd tam orta məktəbdə  " Ümumdünya  QİÇS günü " ilə bağlı tədbir keçirilib.

Məktəbin rəhbər işçilərinin, müəllimlərin və yuxarı sinif şagirdlərinin iştirak etdiyi  tədbirdə ilk olaraq məktəbin biologiya müəllimi Kifayət Quliyeva  çıxış edərək  QİÇS-in yaranması və necə yoluxmağı haqqında ətraflı məlumat verdi. Tədbirin təşkilatçısı, həmçinin məktəbin UBTR-i  Təranə Yusibova çıxış edərək QİÇS-in və narkomaniyanın XXI əsrin bəlası olduğunu bildirərək onların  fəsadları haqqında geniş məlumat verdi. 


Açar sözlər: ,