02.12.2019-cu il tarixdə Yevlax şəhər S.Vurğun adına 5 nömrəli tam orta məktəbdə «Əyləncəli İdman» oyunlarından ibarət yarış keçirilib.
Məktəbin idman zalında keçirilən yarışda əsas məqsəd uşaqlarda cəld fiziki keyfiyyətləri inkişaf etdirməkdir. Tədbir ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Yarışda məktəbin 7 və 8-ci sinif şagirdlərindən ibarət 8 komandası iştirak edirdi. 3 mərhələdən ibarət keşirilən yarışda məktəbin müəllimləri Pərişan hüseynova -təşkilatı rəhbər, Hilal Məmmədov -hakim, Elman Əlibəyli -kapitan, Ülviyyə Məmmədova və Vüsalə Babayeva -münsiflər heyətinin üzvüləri kimi iştirak edirdilər. Sonda 8 b rus bölməsinin şagirdləri oyunun qalibi seçildilər. Qalib komandanın üzvülərinə məktəb tərəfindən tərifnamələr və diplomlar təqdim olundu.